“İpoteka götürmək istəyən jurnalistlərə elə münasibət göstərirlər ki...”-Siyavuş Novruzov İqtisadiyyat

“İpoteka götürmək istəyən jurnalistlərə elə münasibət göstərirlər ki...”-Siyavuş Novruzov

“Tədqiqat göstərir ki, cəmi 3 nəfər jurnalist ipoteka krediti ala bilib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçiriln plenar iclasında çıxışı zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib: “Bizdə nə qədər sayt, sayt rəhbəri, jurnalistlər var. İpoteka götürmək istəyəndə isə onlara elə münasibət göstərirlər ki, sanki bu işləri müvəqqətidir. Jurnalist var 20 ildir eyni saytda işləyir bu günə qədər ipoteka krediti ala bilmir”.