Azərbaycana gələn turistlərin sayında xeyli artım var - Sədr İqtisadiyyat

Azərbaycana gələn turistlərin sayında xeyli artım var - Sədr

Turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” mövzusunda pandel müzakirələri zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın turizm potensialı yüksəkdir.

“Azərbaycan bu sahənin inkişafına böyük diqqət yetirir. Azərbaycana gələn turistlərin sayında xeyli artım var. Bu il Azərbaycanda turizm sahəsinin tam bərpasına nail olmuşuq. Azərbaycanda turizmin inkişafı qlobal tendensiyaya uyğundur”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.