Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb Hadisə

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 616 nəfər gələn, Azərbaycandan isə 481 nəfər gedən qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, miqrasiya saldosu ölkə üzrə müsbət 135 nəfər təşkil edib.