29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
16 May 2024 13:04
9 037
Azərbaycan türkcəsində kitablar çap edən bir sıra mətbəələrin kitabları Tehran şəhəri Kitab Sərgisindən yığışdırılıb.
Gunaz.tv
Güney Azərbaycana qarşı siyasət yürüdən İran hakimiyyətinin müvafiq orqanlarının göstərişi ilə sərginin mühafizə xidməti Azərbaycan türkcəsində olan kitabları toplayıblar.
Güney azərbaycanlı şair və mədəni aktvist Səid Muğanlı bu barədə məlumat verib.
“Bayatılar, Azərbaycan nağılları, Səməd Behrənginin nağılları, Bağlama pəncərəsi, Nisminin şerlər toplusu, həmçinin prof. Zehtabinin bütün kitabları, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Turan tarixi və çapına icazə verilmiş digər kitablar “İrşad” (İslam Çağırış) Nazirliyinin məmurları tərəfindən yığışdırılıb” - deyə Səid Muğanlı açıqlayıb.
Bunlardan əlavə Dr. Mirinin yazdığı “İran 5 rəvayətdə” kitabı da yığışdırılmış kitablar sırasındadır.
Daxil olan məlumata əsasən İran hakimiyyətinə bağlı “Azəriha” faşist qrupunun üzvləri Salar Seyfəddinin başçılığı ilə səgidə gəzib həmin kitabları təhlükəsizlik orqanlarına raport edib.
Nəticədə müvafiq idarənin məmurları müdaxilə edərək kitbaları toplayıb onların sərgidə təqdim olunmasının qarşısını alıblar.
28 Avqust 10:48
1 764
25 Avqust 11:15
2 905
25 Avqust 11:13
2 793