Fransa yenidən tarixin onsuz necə yazıldığını görür - "La Gazette du Caucase" Siyasət

Fransa yenidən tarixin onsuz necə yazıldığını görür - "La Gazette du Caucase"

Fransa yenidən tarixin onsuz necə yazıldığını görür.

Trend xəbər verir ki, bu barədə Parisdə yerləşən "La Gazette du Caucase" onlayn qəzetinin baş redaktoru, tanınmış fransalı jurnalist Jan-Mişel Bryunun məqaləsində deyilir.

"Fransanın xarici siyasətində hər hansı real ardıcıllıq var? Emmanuel Makron "eyni zamanda" ifadəsini öz dini inancına çevirib. Bu ona bir neçə saat ərzində hər şeyi və ziddini deməyə imkan verir. Bu, həmçinin, ona dayanmadan danışmağa, hər yerdə peyda olmağa, bir sözlə, hətta bazar ertəsi "ağ", çərşənbə axşamı "qara" danışmaq lazım gəlsə belə, mövcud olmağa imkan verir.

Fevralın 26-da Fransa prezidenti "Ukraynaya qoşun göndərilməsinin istisna edilmədiyinə" dair bəyanatı ilə diqqət mərkəzində olub. Bu səs-küylü bəyanat onun avropalı həmkarlarını özündən çıxardı və onlar Makronu qaydalara riayət etməyə çağırdılar. Lakin bu Emmanuel Makrona elə də təsir etmədi. O, öz açıqlamalarından razı idi və sevimli şüarına əsaslanaraq, martın 12-də Milli Yığıncaqda "eyni zamanda" "Fransanın sülhü təmin edən qüvvə olduğunu" bildirib və avropalı müttəfiqləri ilə heç bir fikir ayrılığının olmadığına and içib.

Fransanın Qafqazdakı münaqişənin həlli üçün Minsk Qrupunda iştirakı, Vladimir Putinlə görüşü və ya Qəzza zolağındakı qətliamla bağlı qətiyyətsiz mövqeyi ilə yanaşı, bütün arbitraj səyləri acı uğursuzluqla nəticələndi", - deyə Bryun yazır.

Müəllif qeyd edib ki, martın 14-də KİV-lə dost olan Makron növbəti dəfə sürrealist telemüsahibədə şou nümayiş etdirərək, hərbi həll yolunun "istisna edilmədiyini", çünki "Rusiyanın bu müharibədə qalib gələ bilməyəcəyini və qalib gəlməməli olduğunu", bunun "Fransa və bütünlükdə Avropa üçün ekzistensial məsələ" olduğunu təkrarlayıb.

"Siyasi sinfin mühüm hissəsi tərəfindən "müharibəni qızışdıran" Matamor nitqi kimi təsvir olunan bu mövqe Putinin bir sıra hərbi müşavirləri tərəfindən "strateji ikimənalılıq" naminə təklif olunub, rəqibi qorxutmaq, eləcə də, onu gələcək addımlardan çəkindirmək üçün öz niyyətləri ilə bağlı hədələyici yarımçıq qeyri-müəyyənliyin qorunmasına xidmət edir.

Bu strategiyadan Yaxın Şərq münaqişəsi ilə bağlı məharətlə istifadə olunur. Burada Fransa həmişə olduğu kimi, dərhal ABŞ-nin mövqeyinə qoşularaq, HƏMAS-ın hücumunu qeyd-şərtsiz pislədi, hərəkatın üzvləri Fransa tərəfindən "terrorçular" adlandırıldı. Lakin daha sonra Fransa Qəzza sakinlərinin qətliamının dözülməz olduğunu etiraf etməyə məcbur oldu. Martın 14-də verdiyi müsahibədə Emmanuel Makron Netanyahudan vassal asılılığı ilə bağlı istənilən eyhamlardan müdafiə olunaraq bildirib: "Mən heç vaxt deməmişəm ki, İsrail özünü müdafiə etmək üçün mütləq hüquqa malikdir", - məqalədə deyilir.

Bryun qeyd edir ki, zamanla Fransadan fərqli olaraq, İsrail Ordusunun törətdiyi vəhşilik kadrlarını görən Amerika xalqının təzyiqi altında Co Bayden öz ritorikasını dəyişərək İsrail repressiyasını pislədiyini və "Netanyahunun İsrailə faydadan çox zərər gətirdiyini" bildirib.

"Hər şeydən öncə, o, 30 min fələstinlinin ölümünü qəbul edərək, əvvəllər bu faktla razılaşmayanların diqqətinə çatdırıb. Fransanın qlobal balansı və geosiyasi vəziyyətinin necə olmalı olduğuna dair aydın görüş olmadığından, nə fransalılar, nə də Fransanın müttəfiqləri dövlət başçısının ölkəsini məhz hara aparmaq istədiyini anlamırlar. İlk öncə, bu strateji çaşqınlıq Emmanuel Makronun digər leytmotivi, onun məşhur "nəyin bahasına olursa olsun" şüarı ilə yanaşı fransızları narahat edir və onlar tezliklə bunun hesabını ödəməli olacaqlarını sorğulayırlar.

Məsələ Fransanın Qafqazda siyasətinə gəlincə, məntiqsizlik maksimum həddə çatır. Fransa Azərbaycanı ərazilərini 28 illik işğaldan azad etdiyinə görə qınayır, lakin "eyni zamanda" Rusiyanın zorla girdiyi və işğal təhlükəsi ilə üz-üzə qalan Ukraynanı dəstəkləyir. O, Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda iştirak edir, lakin İranın (Fransanın sevimli hədəflərindən biri) müttəfiqlərindən biri olan, dostu Ermənistanın bu sanksiyalardan yan ötdüyünü qəbul edir. Bu necə qarışıqlıqdır!", - deyə məqalədə qeyd olunub.

Müəllif, həmçinin, bu cür münasibətin çox yaxşı izahı olduğunu yazır.

"Ardıcıl xarici siyasəti olmayan Fransa daxili siyasi mülahizələri rəhbər tutur. Fransadakı erməni lobbisinin gücü və Fransanın üç böyük şəhərində mühüm seçici çəkisi Fransanın rəsmi mövqeyini bir çox cəhətdən izah edir. Lakin bu yeganə səbəb deyil. Makron siyasətinin dəyişkənliyi onu özünün, yaxud ən azından ehtimal olunan "sivilizasiyaların toqquşması" naminə onun ən milli qolunun Ermənistana şərtsiz dəstəyinə haqq qazandırmaq üçün "Fransanın xristian kökləri" kimi yüngül nəzəriyyələrə arxalanmağa vadar edib, hərçənd Azərbaycan inklüziv dünyəvilik modeli olaraq nəzərdən keçirilməlidir.

Emmanuel Makronun siyasi arenada mövcud olmaqla bağlı zəhlətökən istəyi burada da onu Ermənistana silah tədarük etmək vədləri formasında ifratçılığa gətirib çıxardı. Maraqlı tərəflər Fransa "Ovod"u barədə narahat olmadan, ikitərəfli sülh prosesinə əhəmiyyətli dərəcədə sadiqdir. Fransa Minsk qrupunda iştirakının kədərli nəticəsindən sonra yenidən tarixin onsuz necə yazıldığını görür", - deyə Bryun sonda yazıb.