Paşinyan ABŞ və Aİ-yə ümid bəsləyir Siyasət

Paşinyan ABŞ və Aİ-yə ümid bəsləyir

Paşinyan aprelin 5-də Brusseldə ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasinin sədri xanim Fon Den Ber ilə göruşə böyuk umid bəsləyir. Onlardan Ermənistanın təhlükəsizliyinə zəmanət alacağını düşünür.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, hazırda Rusiya və KTMT ilə münasibətlərin gərginliyi fonunda Paşinyanın bu bloka yardım üçün müraciət etməsinin nə hüquqi, nə də siyasi əsasları var. Paşinyan özü Ermənistanın bu hərbi blok daxilində fəaliyyətini dondurub, digər tərəfdən bəllidir ki, hərbi toqquşmanın baş verəcəyi təqdirdə KTMT yenə kənarda duracaq. Çünki onun bu qarşıdurmaya müdaxilə üçün hüquqi əsası yoxdur. Azərbaycan Ermənistan ərazisinə soxulur, ona aid kəndlərə girir:

"Paşinyan mövcud problemin həllini uzatmaq üçün sərhədlərin demarkasiyası ilə bağlı məsələlərin hələ həllini tapmadığını, buna görə 1991-ci ilin Alma Ata bəyannaməsində olduğu kimi inzibati sərhədlərin tanınmasını təklif edir. Rəsmi Bakının Azərbaycan SSR-nin yox, Azərbaycan Cumhuriyyətinin varisi olması barədə mövqeyi sərhədlərin sıfırdan çəkilməsi deməkdir ki, Ermənistan bundan çox çəkinir. Çünki geniş ərazi itkisinə məruz qala bilər".

Politoloqun fikrincə, lakin kəndlərlə bağlı məsələdə Paşinyanın tərəddüdləri onu xəyanətdə, habelə təslimçilik siyasətində ittiham edən Ermənistanın sabiq müdafiə naziri, parlamentdə Hayastan fraksiyasinin sədri Ohanyanın çıxışı olub. Sabiq müdafiə naziri orduya müraciət edərək xəyanətdə suçladığı Baş nazir Paşinyanın əmrlərinə tabe olmamağa çağırıb.Orduda isə hələ də Rusiyaya sayqı ilə yanaşan zabitlər var. Bu çağırış Ermənistanda ordu və xüsusi xidmət qurumlarını qarşıdurma həddinə gətirib çıxara bilər. Bu isə Ermənistanda Qərb və Rusiya arasında geosiyasi qarşıdurmanın daha fərqli faza üzərinə keçməsi ehtimallarını artırır. Daim balanslaslaşdırılmış siyasəti ilə fərqlənən Azərbaycanın ciddi təhlil və müzakirələr aparmadan hərbi konteksdə addım atacağı inandırıcı deyil.

Cavid