Artıq Tehranda səfirliyin açılması gözlənilmir Siyasət

Artıq Tehranda səfirliyin açılması gözlənilmir

İran Azərbaycan arasında siyasi münasibətlər yenidən kəskinləşib. Xüsusilə İranda Azərbaycana qarşı separatizmi dəstəkləyən konfransın təşkil olunması, SEPAH "Huseyniyyun" terror təşkilatının fəallaşması, kütləvi informasiya vasitələrində anti-Azərbaycan kampaniyası davam etməsi ikitərəfli münasibətlərin kəskinləşməsinə gətirib çıxarıb.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq deyib ki, Azərbaycan Tehranın israrlı danışıqlarından sonra, səfirliyinin açılması istiqamətində addımlar atırdı. Artıq Tehranda səfirliyin açılması gözlənilmir. Bundan əlavə, Azərbaycanın Tehranda səfirliyinə qarşı terror hücumundan təqsirli bilinən şəxslə bağlı qərar qəbul edilməməsi də Tehranın əlaqələrinin inkişafında maraqlı olmadığını göstərir.

Cavid