Qərbin Rusiya qarşı planlarının Ukrayna və Ermənistan üzərindən icrası çətinləşir Siyasət

Qərbin Rusiya qarşı planlarının Ukrayna və Ermənistan üzərindən icrası çətinləşir

Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması qərarı, ardınca da Ermənistanın dörd kəndi Azərbaycana qaytarılması və Tavuş-Qazax istiqamətində Ermənistan Azərbaycan sərhəddinin bir hissəsinin müəyyən edilməsi əlbəttə ki, ABŞ, Fransa, İran və ümumən Qərbin planlarına uyğun gəlmir. Cənubi Qafqazda daimi gərginlik, münaqişə ocağının qorunub saxlanılması bir sıra dövlətlərin və o cümlədən Qərbin maraqlarını təmin etməyə imkan verir.

Bunu politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, Ermənistan baş naziri Paşinyanın Qərbin istək və təhriklərinə baxmayaraq Azərbaycanla razılaşmaya getməsi, sözsüz ki, onun təhrikçi havadarlarına inamsızlığının göstəricisidir:

"Əlbəttə ki, Paşinyanın son qərarlarına Ukraynadakı müharibənin gedişi və ona edilən hərbi yardımla bağlı problemlər də təsir edib.

Azərbaycan nəinki regional söz sahibi kimi, eləcə beynəlxalq siyasi proseslərə əhəmiyyətli təsir imkanları qazandığından və ən əsası Azərbaycan prezidenti İlham Əliyevin böyük nüfuzu Rusiya və Ukrayna arasında vasitəçi kimi, müharibənin dayandırılması və münasibətlərinin danışıqlar masasında həll etmək imkanı yaradır. Xüsusən də Bakıda keçiriləcək COP-29 beynəlxalq konfransı danışıqlar üçün əlverişli bir vasitə, səbəb kimi, başlanğıc ola bilər".

V.Dadaşov onu da vurğulayıb ki, Azərbaycana qardaş və müttəfiq Türkiyənin prezidenti Ərdoğanın Rusiya - Ukrayna müharibəsinin əvvəldən müharibəni dayandırmaq üçün çox böyük səylər göstərib və müəyyən nəticələr də əldə edib.

Qərbin Rusiya qarşı planlarının Ukrayna və Ermənistan üzərindən icrası çətinləşir. Artıq NATO öz mütləqlərinin, xüsusən də Polşanın müdafiəsini düşünür, qüvvə toplayır və hətta nüvə silahının Polşada yerləşdirilməsi də müzakirə olunur. Putin hakimiyyəti dövründə Qərb Rusiya qarşıdurmasından Rusiyanın qalib çıxcağı artıq şübhə doğurmur. Makronun da Ukraynada Rusiyaya qarşı müharibə ilə bağlı aqressiv bəyanat və çıxışlarının səngiməsi vəziyyətin Rusiyanın xeyrinə dəyişdiyinin göstəricisidir hərçənd ki, Fransa prezidentinin çıxışları daha çox populist xarakterli idi. Ancaq Ukrayna müharibəsində Rusiyanın əldə etdiyi hərbi qələbə belə, Rusiyanın gələcək taleyi ilə bağlı acı nəticələr doğuracaq. Bunu isə Qərbin strateji qələbəsi hesab etmək olar.

Cavid