Hörmüz boğazında tankerin atəşə tutulması nəticəsində iki dənizçi yaralanıb
Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə 80 kq-a yaxın marixuana aşkarlanıb
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər
Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib - VİDEO
15 May 2024 10:35
2 247
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 11 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 yol-nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 9 nəfər, o cümlədən qəza zamanı nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.