24 Sentyabr 18:13
24 Sentyabr 16:44
24 Sentyabr 15:59
15 May 2024 11:42
3 297
Rəqəmsal bankların formalaşdırılması üzrə qanunvericilik islahatlarına, açıq bankçılıq texnologiyalarına əsaslanan ödəniş xidmətlərinin göstərilməsi,elektron pul tətbiqi dairəsinin genişləndirilməsi qarşıdakı dövrdə həyata keçirilməli olan vəzifələrdir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Fintex Sammitdə çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.
O həmçinin əlavə edib ki, qonşu dövlətlərlə ödəniş ekosistemlərinin inteqrasiyası dərinləşdirilməlidir.
“Qonşu dövlətlərlə ödəniş ekosistemlərinin inteqrasiyası dərinləşdirilməlidir. Türk dövlətləri arasında ödəniş sistemlərinin inteqrasiyanın gücləndirilməsi, bu əlaqələrin inkişaf etdirilməsi bu yolda başlanğıc ola bilər”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə mühüm addımlardan biri də ödəniş xidmətləri bazarında xərc məddələrinin optimallaşdırılması, beynəxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən tarif siyasətinin bazar iştirakçıları üçün optimallaşdırılmasıdır.
24 Sentyabr 16:48
805
24 Sentyabr 16:46
812
24 Sentyabr 16:45
826