Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək Siyasət

Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, nazir 1-3 may tarixlərində Bakıda keçiriləcək "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı fəaliyyət" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda deyib.

Mədəniyyətlərarası Dialoq Forumunda həmçinin, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Holiknazarov, Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının spiker müavini Zuhra İbrahimova, Özbəkistan parlamentinin deputat və senatorları iştirak edəcəklər.

Qeyd edək ki, tədbirdə ümumilikdə dünyanın müxtəlif ölkələrindən 700 yüksək rütbəli qonaq iştirak edəcək. 100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, həmçinin 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin və 28 beynəlxalq təşkilatın nümayəndələri yer alacaq.

Forum çərçivəsində Nazirlər Konfransı və beynəlxalq təşkilatların yüksək səviyyəli toplantısı keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan tədbir nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçiriləcək.