"Rasim Musabəyovun milli təəssübkeşliyi yoxdur" Siyasət

"Rasim Musabəyovun milli təəssübkeşliyi yoxdur"

"Rasim Musabəyov millət vəkili olaraq bu məsələlərə diqqət etməli, fikirlərini daşıdığı statusu nəzər alaraq səsləndirməli idi". Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib : "Bu ictimai rəydə və qarşı tərəfdə yanlış təəssürat yarada bilər.
Ümumiyyətlə bu yanaşma milli maraqlarımızın tam əksinədir. Rasim Musabəyovun birdən birə "Başkəndin heç bir srateji əhəmiyyəti olmadığını" deyərək kəndin "mübadilə obyekti" olması haqda təsəvvür yaratması da xüsusi ilə diqqət çəkir.
Buradan iki mümkün nəticə çıxır: Ya Rasim Musabəyovun milli təəssübkeşliyi yoxdur, ya da o geosiyasi vəziyyəti düzgün analiz edə bilməyib".