Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - RƏSMİ Siyasət

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - RƏSMİ

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.

Trend xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

Qeyd olunub ki, hər iki dövlətin ekspert qruplarının işi davam edir.

Qeyd edək, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir. Azərbaycan-Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb.