“Nikolun sərxoş olmağa ehtiyacı vardı”-Əziz Əlibəyli Siyasət

“Nikolun sərxoş olmağa ehtiyacı vardı”-Əziz Əlibəyli

“Sərhədlərin delimitasiyası kontekstində Nikol Paşinyan dünən unikal bir hərəkətlə yadda qaldı. O bardaqdakı suyu stəkana töküb, bunun normal olduğunu dedi, daha sonra isə suyu tökməyə davam etdi və su stəkandan daşıb, masaya, ordan da baş nazirin üzərinə töküldü.
Əyani formada "əlimizə -üzümüzə bulaşdırdıq" formulunu möhəşəm şəkildə göstərə bildi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib. O, bildirib ki, arxa küçələrdə və Qazaxla üzbəüz Tovuş rayonunda əhali və polis arasında həmin dəqiqələrdə amansız toqquşmalar davam edirdi: “Maraqlı və yaddaqalan addım idi. And içərəm, amma isbat edə bilmərəm, kafelərdə həmin bardaqlarda həmişə araq verirlər və Nikolun sadəcə sərxoş olmağa ehtiyacı vardı”.