“Azərbaycanın Ukrayna ilə bağlı tədbirə qatılması Rusiya ilə münasibətlərə xələl gətirməz” Siyasət

“Azərbaycanın Ukrayna ilə bağlı tədbirə qatılması Rusiya ilə münasibətlərə xələl gətirməz”

“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk xarici işlər naziri Ceyhun Bayramov görüşdə deyib ki, Ukrayna Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb. Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. Konfrans iyunda Berlində baş tutacaq.
Azərbaycanın Ukraynanın bərpasına dair iyunda keçiriləcək “sülh forumuna” qatılması doğru qərardır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, dövlətlər arasında dəstək qarşılıqlıdır: “Misal üçün prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini Bakıda noyabr ayında keçiriləcək iqlim dəyişikliyi ilə bağlı COP-29 konfransına dəvət edib. Zelenskinin bu tədbirə qatılacağını zənn edirəm. Bu Zelenski üçün növbəti tribuna ola bilər. Eyni zamanda Ukrayna da Azərbaycanın “sülh forumuna” qatılmasını istəyib və Bakıdan müsbət cavab alıb. Azərbaycanın Ukrayna ilə bağlı tədbirə qatılması Rusiya ilə münasibətlərə xələl gətirməz”.