“Hadisələrin arxasında Qərb dayanır”-Mübariz Göyüşlü Siyasət

“Hadisələrin arxasında Qərb dayanır”-Mübariz Göyüşlü

“Cənubi Qafqazda, burada yerləşən ölkələrdə, yaşayan xalqlarda baş verənlər Azərbaycanı ciddi şəkildə maraqlandırır. Biz Cənubi Qafqazın ən güclü ölkəsi olaraq burada sabitlik olmasında maraqlıyıq”. Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib. O, qeyd edib ki, bu baxımdan Gürcüstanda gedən proseslər bizlərin də marağını cəlb edir: “Qonşu ölkədə xarici agentlərlə bağlı qanunun qəbuluna qarşı baş tutan etiraz aksiyaları, polislə qarşıdurma olması təhlükəsi cəmiyyətdə sabitliyə ciddi təhlükə törədir.
Görünən budur ki, hadisələrin arxasında Qərb dayanır. Qərbin bir sıra qurumları, maliyyə fondları Gürcüstanda vəziyyəti qarışdırmağa, onun daxili işlərinə qarışmağa cəhdlər göstərir. Gürcüstanda xarici agentlərlə bağlı qanunun qəbulunu pisləyən Qərb fondları öz ölkələrində belə məsələlərə çox həssas olurlar.
Qərb ölkələri özlərində hansısa QHT-nin xaricdən alınan qrantla fəaliyyət göstərməsinə qətiyyən icazə verməzlər, bunun qarşısını alarlar. Hətta bir sıra məqamlarda bu qadağalar qanuniləşdirilib. Ancaq başqa ölkələrə gəldikdə bu addımlar pislənilir, həmin dövlətlərin yönəticiləri şantaj və təhdid edilir.
Düşünürəm ki, Qərb Gürcüstandakı proseslərə müdaxilə etməyi dayandırmalı, bu məsələləri müəyyənləşdirməyi gürcü xalqının öz öhdəsinə buraxmalıdır. Gürcüstan əhalisi kifayət qədər siyasi uzaqgörnəliyə malikdir və hansı qərarı qəbul etməyin daha yaxşı olduğunu özü bilir”.

Əli