"Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə zəmanət verməliyik" Siyasət

"Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə zəmanət verməliyik"

“BMT və Qoşulmama Hərəkatı dünyanı xilas etmək və təhlükəsizliyi təmin etmək naminə ortaq fikrə sadiqdir”.
Bunu BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Bakıda Qoşulmama Hərəkatının XVIII sammitinin açılışında deyib.
“Sülhə və təhlükəsizliyə, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə, demokratiya və insan hüquqlarına zəmanət verməliyik. Qoşulmama Hərəkatının insan hüquqları prinsiplərinə riayət etməsi də vacibdir. Hərəkat ölkələrində çox sayda böhran və münaqişələr var. Onların həllini tapmağa çalışmalıyıq. Həmçinin onların qarşısını almaq üçün profilaktik tədbirlər görmək lazımdır”, – o bildirib.
Onun sözlərinə görə, səmərəli qarşılıqlı faydalı əməkdaşlığı və yeniliklərin tətbiqini də təmin etmək lazımdır.