Prezident İlham Əliyev Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Rəcəb Tayyib Ərdoğana məktub göndərib Siyasət
- 15 Sentyabr 2020 09:28
- 1 337
Prezident İlham Əliyev Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident, Əziz Qardaşım. Bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir.
Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür. Məhz həmin gün Bakı işğaldan azad edilərək ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olundu. Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun zəfər yürüşü Bakı sakinləri tərəfindən böyük coşqu və sevinclə qarşılandı.
İki il bundan əvvəl həmin coşqu və sevgi Bakı küçələrində bir daha canlandırıldı. Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakını Sizinlə birlikdə izlədik. Şübhəsiz ki, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaqdır.
Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir.
Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
- 28 Aprel 14:25
- 1 379
- 27 Aprel 12:20
- 2 198
- 27 Aprel 12:14
- 1 960
-
Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub
-
Çevrilişə cəhd zamanı şəhid olan Ömər Xalisdəmirin qardaşı Bakıya gəlib
-
İslam maliyyə prinsipləri innovasiya potensialının açılmasında mühüm rol oynaya bilər – İİB sədri
-
Azərbaycan və Səudiyyə Ərəbistanı energetika sektorunda birgə fəaliyyət imkanlarını müzakirə ediblər - FOTO
-
Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTO
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
-
Sabahın hava PROQNOZU
-
Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb
-
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - FOTO/VİDEO
-
Zəngilanda silah-sursat aşkarlanıb
-
Cəlilabadda mebel sexində yanğın olub
-
Britaniya ordusu 2030-cu ilə qədər hipersəs raketinə sahib ola bilər
-
Eritreya sahillərində 5,0 bal gücündə zəlzələ baş verib
-
ƏHD Partiyası Göyçay rayon təşkilatının sədri vəfat edib - Başsağlığı
-
Qırğız Mədəniyyəti Günləri başa çatıb
-
Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
-
Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıb
-
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” konfransı keçirilib
-
Ermənistan MN aksiyada iştirak etdiyi iddia olunan hərbi formalı şəxslərin kimliyini araşdırır
-
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
-
Traktor çağırış kubokunun 8 komandası sırasında qərarlaşıb
-
Ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
-
Yanvar-mart aylarında Portuqaliyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb
-
Yevlaxda “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda müşavirə keçirilir
-
Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır - Səttar Möhbalıyev
-
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər - FOTO
-
Premyer Liqada XXXII turun hakimləri açıqlanıb
-
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?
-
Paytaxtın bu şosesində təmir aparılır
-
Sabah hava necə olacaq? - PROQNOZ
-
Dövlət Komitəsində MƏP təmsilçiləri ilə görüş keçirilib
-
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
-
Zelenski Silahlı Qüvvələrin Dəstək Qrupunun komandanını vəzifəsindən azad edib
-
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
-
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
-
Çin ABŞ-ni "qırmızı xətt"i keçməməyə və tərəfdaş olmağa çağırıb
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb
-
Erməni deputat: Qazaxla sərhədin delimitasiyası texniki cəhətdən başa çatıb
-
Ştaynmayer Prezident İlham Əliyevi qarşılayıb
-
Regionda sülh və sabitliyin təmin olunmasına çalışırıq – Ərdoğan
-
Bakının bir rayonunda qaz kəsiləcək
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - YENİLƏNİB
-
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
-
Ermənistan Milli Yığıncağına Rusiya Federasiya Şurasından sorğu daxil olub
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib - FOTO
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - FOTO
-
“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir
-
Energetika və nəqliyyat sahələrinin böyük potensialı var
-
Bakı limanı 2040-cı ilədək tullantıları azaltmağa çalışır
-
Blinken Rusiyaya dəstəklə bağlı Çinə xəbərdarlıq edib
-
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
-
Qəsdən adam öldürmə cinayətləri 50, özünü öldürmə hadisələri 40 faiz azalıb - Xanlar Vəliyev
-
Körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı prokurorluqda araşdırma aparılır
-
Berlində azərbaycanlıların həmrəylik aksiyası keçirilir - FOTO
-
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
-
“Ay uğrunda rəqabət güclənib”
-
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
-
“Hazırda kosmik tədqiqatlarda rəqabət ABŞ-la Çin arasında gedir”