Yaqub Mahmudov və qızı Balakəndə uşaqlarla görüşdülər Cəmiyyət

Yaqub Mahmudov və qızı Balakəndə uşaqlarla görüşdülər

Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziyada Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, akademik Yaqub Mahmudov ilə görüş keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, görüş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Müəllim və şagirdlərin çoxsaylı suallarını cavablandıran Yaqub Mahmudov Ulu Öndərin tarixi xidmətlərindən, Azərbaycanın zəngin dövlətçilik tarixindən, tarixi şəxsiyyətlərimizdən, Qarabağ Zəfərindən və ölkəmizdə uşaqlara göstərilən hərtərəfli dövlət qayğısından ətraflı danışıb.

Tədbirin sonunda gimnaziyanın kollektivi bu mühüm görüşə görə görkəmli tarixçi alimə minnətdarlıq edib.

Qeyd edək ki, görüşdə Yaqub Mahmudovun qızı, şərqşünas Gülnur Mahmud da iştirak edib.