UTX casus şəbəkəsini ifşa etdi: macar diplomatlar qovuldu Dünya

UTX casus şəbəkəsini ifşa etdi: macar diplomatlar qovuldu

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Macarıstan dövlətinə bağlı casus şəbəkəsini ifşa edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, bu şəbəkə Ukraynanın müdafiə imkanları ilə bağlı məlumatlar toplamaq üçün fəaliyyət göstərirmiş.

Əməliyyat çərçivəsində Macarıstan hərbi kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən iki şübhəli şəxs saxlanılıb. Onların hər ikisi Ukrayna ordusunun keçmiş üzvləridir. Saxlanılan şəxslərin dövlətə xəyanətdə ittiham olunduqları və bu barədə onlara rəsmi bildiriş təqdim olunduğu qeyd edilib.

Məsələ ilə bağlı Ukrayna XİN Macarıstan tərəfinə nota təqdim edib.

Macar səfir XİN-ə dəvət edilib və bildirilib ki, iki macar diplomat 48 saat ərzində ölkəni tərk etməlidir.