

Ukrayna ilə 30 günlük atəşkəs əsaslı müzakirə nüansları nəzərə alınmadan mümkün deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.
Peskov bildirib ki, atəşkəs mövzusu ABŞ administrasiyası tərəfindən gündəmə gətirildikdə, bu təşəbbüs Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəstəklənib, lakin qeyd olunub ki, atəşkəs ideyası ətrafında o qədər çox incə məqamlar var ki, onlara cavab tapılmadıqca bu barədə ətraflı və konkret danışmaq çox çətindir.