Azərbaycanın qadınlardan ibarət millisi üçün həlledici gün İdman

Azərbaycanın qadınlardan ibarət millisi üçün həlledici gün

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirəcək.

Trend xəbər veriur ki, millimiz səfərdə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyunda Kipr yığması ilə qarşılaşacaq.

Limassol şəhərində keçiriləcək Kipr - Azərbaycan qarşılaşmasını Belçikadan olan hakimlər briqadası idarə edəcək. 10 xalla qrup lideri olan Azərbaycan millisi bu oyunda qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.

Kipr – Azərbaycan
1 dekabr. Limassol. Limassol stadion. Saat 21:00

Baş hakim: Caroline Lanssens
Baş hakimin köməkçiləri: İrmgard Van Meirvenne, Margot Jacobs
Dördüncü hakim: Jana Van Laere