Salahdan qeyri-adi rekord İdman

Salahdan qeyri-adi rekord

Ulduz futbolçu Məhəmməd Salah qeyri-adi göstəriciyə imza atıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, misirli hücumçu “Mançester Yunayted”lə ardıcıl 5 oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb.

“Liverpul”un forvardı İngiltərə kubokunun 1/4 final matçında fərqlənib. Bu görüşdə onun komandası 3:4 hesabı ilə uduzub. Salah mançesterlilərlə matçlardakı qollu oyunlar seriyasını 5-ə çatdırıb.
Qeyd edək Kİ, Salah cari mövsümün 22 matçında 15 qol və 9 assistə imza atıb.