Qurban Qurbanovla Zubir “Beşiktaş”ın maraq dairəsində İdman

Qurban Qurbanovla Zubir “Beşiktaş”ın maraq dairəsində

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir klubun maraq dairəsinə düşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Türkiyənin “Fotospor” saytının məlumatına görə, 52 yaşlı mütəxəssis “Beşiktaş”ı çalışdırmağa namizəd ola bilər.

Türkiyə klubunun futbol direktoru Samet Aybaba onu komandasında görməyin tərəfdarıdır. Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer” – “Qarabağ” oyununa (3:2) yollanan mütəxəssisin əsas işi futbolçuları izləmək olsa da, Aybaba daha çox baş məşqçinin işinə heyran olub. O, baş məşqçi və iki oyunçu barədə müsbət fikrə gəlib. Mütəxəssis Abdullah Zubir və Juninyonu da gözaltı edib.

“Fotospor”un iddiasına görə, mövsümün sonunda müqaviləsi başa çatacaq Okan Buruk (“Qalatasaray”) və İsmail Kartalı (“Fənərbaxça”) da Qurbanovun əvəzləməsi mümkündür. Lakin “Beşiktaş”ın Fernando Santosu istefaya göndərməsi gözlənilən olduğundan Aybaba onun yerinə azərbaycanlı mütəxəssisin gətirilməsində maraqlıdır.

Qeyd edək ki, 2008-ci ildən “Qarabağ”ı çalışdıran Qurbanov Avropanın digər klublarının da maraq dairəsindədir.