“Bayer” çox böyük komandadır - Abdullah Zubir İdman

“Bayer” çox böyük komandadır - Abdullah Zubir

İlk hissədə “Bayer” çox təziq etdi.

Trend İdman.biz-ə xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.

O, Avropa Liqasında “Bayer”lə oyuna münasibət bildirib. Zubirin sözlərinə görə, əsas məqsəd Leverkuzendə buraxdıqları səhvlərdən nəticə çıxarmaqdır: “Müdafiədən oyuna başladıq və hücumu qolla bitirdim. “Bayer” çox böyük komandadır. Buradan çıxara biləcəyimiz ən yaxşı nəticə səhvlərimizi öyrənmək və gələcəkdə bunu təkrarlamamaqdır”.

Fransalı yarımmüdafiəçi “CBC Sport”a Azərbaycan çempionundakı gələcək karyerasından da danışıb: “Qarabağ”la müqaviləm var. Növbəti mövsümdə də əlimdən gələnin ən yaxşısını edəcəm ki, Avropa Liqasında uğurlu nəticə əldə edək. Əsas məqsədimiz isə Çempionlar Liqasında yaxşı nəticə qazanmaqdır”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 1/8 finalında 2 oyunun nəticəsinə görə 4:5 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.