“Qarabağ”a 2 qol vuran futbolçu həftənin ən yaxşısı adına namizədlər sırasında İdman

“Qarabağ”a 2 qol vuran futbolçu həftənin ən yaxşısı adına namizədlər sırasında

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunlarının ən yaxşısı adına 4 iddiaçı var.

Azərbaycan çempionu “Qarabağ”ın “Bayer”lə Almaniyadakı görüşünün qəhrəmanı Patrik Şik də mükafata namizədlər sırasındadır. Vurduğu iki qolla Leverkuzen təmsilçisinə qələbə qazandıran çexiyalı hücumçu dörd namizəd arasında yer alıb.
Digər iddiaçılar Məhəmməd Salah (“Liverpul”), Rafael Leao (“Milan”) və Məhəmməd Kudusdur (“Vest Hem”). Həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.