Avropa Liqasında 1/4 final cütləri müəyyənləşir İdman

Avropa Liqasında 1/4 final cütləri müəyyənləşir

Bu gün Avropa Liqasında mövsümün son püşkatma mərasimi baş tutacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki Futbol Evində təşkil olunacaq.

Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə 1/4 final, 1/2 final və finalın püşkü atılacaq. Öncə qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 8 klub 4 cüt təşkil edəcək.

Kor püşkdə komandalar istənilən rəqiblə üz-üzə gələ bilər. Ardınca yarımfinalda üz-üzə gələcək cütlər, həmçinin finalın nominal meydan sahibi də dəqiqləşəcək.

“Liverpul”

“Bayer”

“Roma”

“Vest Hem”

“Milan”

“Atalanta”

“Benfika”

“Marsel”

Qeyd edək ki, 1/4 final aprelin 11-də və 18-də, yarımfinal mayın 2-də və 9- da keçiriləcək. “Dublin Arena”dakı final mayın 22-də baş tutacaq.