Çempionlar Liqasında 1/4 final cütləri bəlli oldu İdman

Çempionlar Liqasında 1/4 final cütləri bəlli oldu

Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki Futbol Evində keçirilən mərasimdə 1/4 final, 1/2 final və finalın püşkü atılıb.

Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 klub 4 cüt təşkil edib. Yarımfinalda üz-üzə gələcək cütlər və finalın nominal meydan sahibi də dəqiqləşib.

Çempionlar Liqası
1/4 final

1. “Arsenal” - “Bavariya”
2. “Atletiko” - “Borussiya” D
3. “Real” - “Mançester Siti”
4. PSJ - “Barselona”

Yarımfinal
5. 2-ci cütün qalibi – 4-cü cütün qalibi
6. 1-ci cütün qalibi – 3-cü cütün qalibi

Final
5-ci cütün qalibi – 6-cı cütün qalibi

Qeyd edək ki, 1/4 final aprelin 9-10-də və 16-17-də, yarımfinal aprelin 30 – mayın 1-də və 7-8-də keçiriləcək. İyunun 1-dəki finala Londondakı “Uembli” ev sahibliyi edəcək.