İstəyirdik ki, bir mərhələ də irəliləyək - Qurban Qurbanov İdman

İstəyirdik ki, bir mərhələ də irəliləyək - Qurban Qurbanov

Düşünmək üzücüdür. Hər iki oyunda şansımız oldu. Amma son dəqiqələrdə qapımızda qollar gördük.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 finalında Almaniya “Beyer”inə məğlubiyyəti dəyərləndirib. Bu gün Bakıya qayıdan Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanında verdiyi müsahibəsində bildirib ki, avrokubokda mübarizəni dayandırsalar da, çox şeylər əldə ediblər:

“Futbolçularıma təşəkkür edirəm. Ən azından bu il komanda olaraq azarkeşlərimizi yaxşı futbol nümayiş etdirməklə sevindirdik. İstəyirdik ki, bir mərhələ də irəliləyək. Amma qarşımızda çox ciddi rəqib var idi. Oyunun sonlarında azlıqda qalmaq da hər şeyə təsir elədi. Hər şeyə rəğmən futbolçularımız yaxşı mübarizə apardılar və sona kimi dözdülər”.

Qeyd edək ki, Leverkuzendəki “BayArena”da təşkil olunan matçda 2:3 hesabı ilə uduzan “Qarabağ” avrokubok mövsümünü başa vurub.