Azərbaycanın U-21 millisi Ukraynaya qarşı İdman

Azərbaycanın U-21 millisi Ukraynaya qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində Ukrayna ilə görüşəcək.

F qrupunda sonuncu pillədə qərarlaşan Samir Əliyevin yetirmələri lideri büdrətməyə çalışacaq. Dörd gün əvvəl İngiltərəyə dörd top fərqi ilə uduzan millimiz “Azərsun Arena”ya uğur qazanmaq üçün çıxacaq. Görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, qrupumuzda baş tutacaq digər iki oyunda Serbiya Şimali İrlandiyanı, İngiltərə Lüksemburqu qəbul edəcək. Bu qarşılaşmalar Bakı vaxtı ilə müvafiq olaraq 21:00 və 23:00-da başlayacaq.

AVRO-2025-in seçmə mərhələsi
F qrupu
26 mart
16:00. Azərbaycan – Ukrayna
Baş hakim:
Dario Bel (Xorvatiya)
Bakı. “Azərsun Arena”

1

Ukrayna

5

5

0

0

12-2

15

2

İngiltərə

6

5

0

1

24-4

15

3

Serbiya

6

3

1

2

8-14

10

4

Lüksemburq

7

1

1

5

4-16

4

5

Ş.İrlandiya

5

1

0

4

2-7

3

6

Azərbaycan

5

1

0

4

3-10

3