Avropa çempionatının bütün qrupları bəlli oldu İdman

Avropa çempionatının bütün qrupları bəlli oldu

Avropa çempionatının bütün qrupları bəlli oldu.

Trend xəbər verir ki, seçmə mərhələsinin üç final oyunu martın 26-da baş tutub. Penaltilər seriyasında Gürcüstan millisi Yunanıstana, Polşa isə Uelsə qalib gəlib. Bundan başqa, Ukrayna İslandiyanı məğlub edib.

Altı qrupa bölünən turnirin qrup mərhələsində ümumilikdə 24 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.