Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək - Fərid Qayıbov İdman

Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək - Fərid Qayıbov

Şuşa şəhəri haqqında İƏT ölkələrinin gənclərinə daha əraflı məlumat verəcəyik.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov "Şuşa İƏT Gənclər Paytaxtı - 2024" mövzusunda konfransda deyib.

Nazir bildirib ki, bu məqsədlə il boyu müxtəlif tədbilər keçiriləcək.

“İlin sonuna qədər müxtəlif tədbirlər olacaq ki, o tədbirlərdə İƏT ölkələrindən olan gənclər iştirak edəcək və onlara Şuşa haqqında geniş məlumatlar veriləcək”, - deyə nazir bildirib.
Nazir qeyd edib ki, bu tədbirlər bizim gənclər üçün də faydalı olacaq.

“Gənclərimiz digər ölkələrdən gələn gənclərlə təcrübə mübadiləsi aparacaq və bu onlar üçün də bir təcrübə olacaq”, - deyə F.Qayıbov əlavə edib.