Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq İdman

Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

U-21 Slovakiya yığması ilə görüşəcək. Matç iyunun 7-də baş tutacaq.

Millimizin səfər qarşılaşması Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.