Yaponiya üzərində səmada meteorit uçub Dünya

Yaponiya üzərində səmada meteorit uçub

Yaponiyanın Honşu adasının bir neçə ərazisi üzərində meteorit uçub.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Hadisə şahidlərinin sözlərinə görə, səmada “atəş topu” uçub, ondan sonra partlayışa bənzər səs gəlib. Meteorit parçalarının yerə çata biləcəyi güman edilir.