ABŞ-ın Alyaska ştatında 5,4 bal gücündə zəlzələ baş verib Dünya

ABŞ-ın Alyaska ştatında 5,4 bal gücündə zəlzələ baş verib

Amerikanın Alyaska ştatı sahillərində 5,4 bal maqnitudada zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 1 min nəfərin yaşadığı Sand Point şəhərindən 41 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 51 km dərinlikdə qeydə alınıb.

Sunami təhlükəsi barədə məlumat verilməyib.