Polşadakı baza Amerikanın MQ9 Reaper İHA ilə əlaqəni kəsdi Dünya

Polşadakı baza Amerikanın MQ9 Reaper İHA ilə əlaqəni kəsdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ9 Reaper İHA ilə Polşa aerodromunda adi təlim zamanı əlaqə kəsilib.

Bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

"ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı MQ9 Reaper pilotsuz uçan aparatı Miroslavets aerodromunda planlaşdırılan rüblük təlim zamanı baza ilə əlaqəni kəsdi. Təcili eniş gözlənilir", - departamentin X səhifəsində (keçmiş Twitter) dərc edilmiş bəyanatda deyilir.

Təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətindədir.

Cavid