Solovyovun növbəti əbləhliyi Dünya

Solovyovun növbəti əbləhliyi

Onun xəyal məhsulları əslində bu terrorda erməni izlərini ört-bastır etmək məqsədi daşıyır

Rusiya öz tarixinin qaranlıq, qaranlıq olduğu qədər də tragekomik dövrünü yaşayır desək yanılmarıq. Məsələ o deyil ki, həftə sonunda Rusiya ağır terror hadisəsi yaşadı, məsələ Rusiyanın bu kimi hadisələr içərisində yaşamağa məhkum olmasıdır. Moskva ətrafındakı "Krokus Siti Xoll" adlanan azərbaycanlı milyarder Araz Ağalarova məxsus əyləncə mərkəzinə terror hücumu baş verdi. 137 insanın öldürüldüyü, bir o qədər də insanın yaralandığı bu terror hücumunu İŞİD-in Vilayət Xorasan adlı qruplaşması öz üzərinə götürdü. 4 tacik əsilli terrorçunun, ümumilikdə isə 11 nəfər həbs edildiyi bildirildi. Əyləncə mərkəzi isə yanaraq yararsız hala düşdü.
Rusiya bu terror hücumunu Ukrayna ilə əlaqələndirdi. Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində terrorçuların Ukrayna istiqamətində qaçmağa çalışdıqlarını və sərhəddə onların keçməsi üçün pəncərə açıldığını qeyd etdi. Peskov Rusiyanın müharibə şəraitində olduğundan danışaraq, ilk dəfə xüsusi hərbi əməliyyat sözünü müharibə termini ilə əvəz etdi. Günahkarların ciddi şəkildə cəzalanacaqları səsləndirildi.
Politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, baş vermiş terror hücumunu qarşı tərəflər öz prizmalarından analiz edərək bir-birilərini günahlandırırlar. Rusiya Ukraynanı bu terror hücumundan məsul tutur, Ukrayna Rusiya kəşfiyyat orqanlarının bunu təşkil etdiyini deyirlər. ABŞ isə Ukraynanın bunda əlinin olmadığını terror baş verən ilk saatlardan bəyan edir, hansıki belə bir hücumun olacağını günlər öncəsindən xəbər vermişdilər.
Maraqlı məsələ bu çəkişmələr fonunda Rusiya informasiya məkanının ruporları olan Vladimir Solovyov bu terror hücumunu azərbaycanlılarla əlaqələndirməyə cəhd edərək, erməni Marqarita Simonyanla birlikdə azərbaycanlı izi axtarırlar. Ölkələr arasında nifaq toxumları səpmək yolu tuturlar. Məsələnin mahiyyəti nədir? Məsələ onda deyil ki, bu ikili Azərbaycana düşmən mövqedədir, bu, ilk belə hall deyil. Dəfələrlə eyni vəziyyət təkrar olub, hətta danışdıqları sözlərə görə Azərbaycandan üzr də istəyiblər. Amma onların Azərbaycana qarşı mövqeləri bəllidir, hətta onlar kimi bir neçə nəfər vardır ki, Azərbaycana qarşı hər zaman hədə dili ilə danışırlar. Ukraynadan sonra növbənin Azərbaycana çatacağını bildirirlər. Niyə? Azərbaycanın ki, ən azı son dövrlər Rusiya ilə münasibətləri həmişəkindən daha üst səviyyədədir. Qərb bu münasibətlərə görə Azərbaycana təzyiqlər edir, Rusiyanın yanında olmaqla günahlandırır. Məsələ ondadır ki, Solovyov və onun kimiləri hesab edirlər ki, Rusiyanın imicini ilk olaraq Azərbaycan yerlə bir edib. Bunu özləri etiraf edirlər. Azərbaycan öz ərazilərini Rusiyanın qarşı çıxmasına rəğmən 44 günlük müharibədə azad etməklə, Ermənistanın sahib olduğu rus hərbi texnikalarını müasir silahlarla məhv etməklə Rusiyanın imicinə elə bir zərbə vurdu ki, bundan sonra bütün dünya anladı ki, Rusiya həmin qorxulan Rusiya deyil. Elə Ukrayna ordusu da bunu hiss etmişdi ki, Rusiyanın Ukraynaya hücumunun ilk günlərində Kiyevə doğru uzanan 76 km-lik hərbi kolondan qorxub çəkinmədilər. Ukraynaya daxil olan hərbi texnikalar bir-bir məhv edildikdə Rusiya belə artıq onun dövrünün getdiyini anladı. İndi Rusiya informasiya maşınının ruporları olan Solovyov və Simonyanlar hər fürsət düşəndə Azərbaycanı hədələməkdən, nədəsə günahlandırmaqdan geri durmurlar, Azərbaycan və Rusiya arasında strateji əməkdaşlıq münasibətlərinin olduğunu bildikləri halda. Təbii ki, onların bu mövqeyi təsadüfi deyil. Rusiya siyasi isteblişmenti içərisində Azərbaycana qarşı olan qüvvələr mövcuddur. Onlar hər zaman iki ölkə arasında münasibətlərin gərgin olmasında maraqlıdırlar: “Hesab edirəm ki, bu, təsadüfi mövqe deyil və Rusiyanın siyasətinin bir hissəsi olmaqla yanaşı, elə Rusiya dövlətinin mövqeyidir. Rusiya şovinist və işğalçı dövlət kimi hər zaman arxa planda imperiya planları cızır. Böyük ehtimalla Rusiyanın planları arasında Azərbaycan da daxil bütün keçmiş sovet coğrafiyasını yenidən bir imperiya altında birləşdirmək istəyi vardır. Bundan Solovyov kimilərin də xəbəri olmamış deyildir ki, onlar hal-hazırda Azərbaycan və Rusiya arasında münasibətlərin yaxşı olduğu bir məqamda buna əks fəaliyyət yürüdürlər. Hər zaman Azərbaycana Rusiyanın əsl üzünü göstərən və xatırladan biriləri olmalıdır ki, bunlar da Solovyov və Simonyandan, eyni zamanda, onların gizli himayəçilərindən başqaları deyildir”.
A.Qasımovun fikrincə, Moskvada baş verən terror hücumunu Azərbaycanla əlaqələndirməyə cəhd etməyin özü isə əsl əbləhlik olmaqla yanaşı, həm də düşmənçiliyin açıq etirafıdır. Həmin əyləncə mərkəzinin azərbaycanlıya məxsus olmasının Azərbaycanı terrorda adının hallanması ilə əlaqələndirmək ancaq Solovyov kimi geyr-izəkalının beyninin içindəki peyinin məhsulu ola bilər. Normal analitik düşüncə bu hadisənin Azərbaycanla yaxından-uzaqdan əlaqəsini tapa bilmədiyi halda, Solovyov kimisinin xəyal məhsulları əslində bu terrorda erməni izlərini ört-bastır etmək məqsədi daşıyır. Çünki terrorçuların erməni dilində danışıqlarında dair video məlumatlar yayıldığı xəbərləri gəlirdi. Bu, erməni terrorizminin yeni mərhələsi ola bilərdi. Rusiya-Ermənistan münasibətlərinin indiki durumu əsl erməni terrorunun fəaliyyətə başlamasına müsait şərait yaradır. Nəyi də bacarmasalar ermənilər terror etməyi dünyada ən yaxşı bacaran azsaylı toplumlardan biri, hətta birincisidir. Elə Moskvanın özündə az terror etməyiblər, istər Sovet dövründə, istərsə də sovetdən sonra. Azərbaycanda etdikləri terror hadisələrinin isə sayı hesabı yoxdur. Solovyovun Azərbaycanı günahlandırmağa cəhd etməkdə məqsədi nədir? Rusiya artıq elə bir dövrə qədəm qoyur ki, onun qədəmləri heç də ətrafı üçün xoş olmayacaq. Rusiya böyük miqdarda ordu hazırlayıb: “Görünən odur ki, bu ordu ilə imperiya planlarını həyata keçirməyə cəhd edəcək. Bu terror hadisəsini də Rusiyanın özünün hazırladığını deyənlər də bunu qeyd edirlər ki, Rusiya atacağı addımlara zəmin hazırlayır. Böyük ehtimalla Ukraynaya qarşı ciddi addımlar atmaqla yanaşı gizli planların bir hissəsi də işə salınacaq. Bu ilk növbədə Ukraynadakı vəziyyətin nəticəsi ilə dəqiqləşəcək. Amma Solovyov kimilərinin Azərbaycanla bağlı hay-küyü əslində diqqəti Ermənistanın üzərindən çəkmək məqsədi daşıyır. Onlar yaxşı bilirlər ki, Rusiya əgər hardansa başlayacaqsa, bu, ilk növbədə Ermənistan olacaq. Ermənistan Qərbyönlü siyasət yürütməklə Rusiyaya meydan oxuyur və buynuzunu Rusiya ordusunun əsgərinin avtomatına və ya tankının lüləsinə sürtür. İndi Azərbaycanda günah tapmaqla Rusiyanın nəzər-diqqətini Ermənistandan yayındırmaq istəyirlər. Əvvəla Azərbaycan Rusiya ilə normal və bərabərhüquqlu əlaqələrin tərəfindədir və buna hesablanmış siyasət yürüdür. Sonra Azərbaycan Ermənistan deyil ki, Rusiya onu işğal etmək fikrinə düşsün. Bu, praktiki olaraq mümkün deyil. Əvvəla Azərbaycanın öz ordu potensialına, sonra da Türkiyə ilə olan strateji əlaqələrinə görə. Şuşa bəyannaməsini xatırlatmağa ehtiyac yoxdur. Sonra isə Azərbaycan banan dövləti deyildir ki, hətta Rusiya belə onunla hansısa təzyiq və ya hədə dili ilə danışıb, sonra da işğal fikrinə düşsün. Rusiya da hesab edirəm ki, belə bir fikrə düşməz və düşməyi də ağlının kənarından keçirməz, xüsusən də, indiki durumunda. Bir də ki, buna heç bir təhrikedici məqamlar da yoxdur. Görünən odur ki, Solovyov və Simonyan Ermənistanın sabahından çox ehtiyat edirlər. Bilirlər ki, Ermənistanın başının üstündə qara buludlar artıq toplanıb. Bu buludların şimşək olub, sel kimi Ermənistanın üstünə tökülməsi an işidir. Onda yaranacaq sel Ermənistan adlı ərazidə erməni toplumu deyilən heç nə qoymayacaq. Hamısını yuyub xəyalını qurduqları dənizdən-dənizə tökəcək. Odur ki, çox narahat olurlar. Simonyan dəfələrlə etiraf edir ki, Ermənistan rəhbərliyi Ermənistanı uçuruma aparır”.
Terror hadisəsini kimin törətdiyini, kimin haqlı, kimin haqsız olduğunu analiz etməyə ehtiyac yoxdur. Bu barədə kifayət qədər analizlər irəli sürülür, versiyalar söylənilir. Təbii ki, bunlar maraqlı tərəflərin öz mövqelərindən çıxış edilən analizləridir. Neytral analizlər isə terrorun kimlərin törətməsindən asılı olmayaraq gedən oyunun güc mərkəzlərinin işi olduğu gerçəyini deməyə əsas verir. Dünya çox təhlükəli və dayandırılması çox çətin olan proseslərin içərisinə daxil olur, hətta məqsədli şəkildə sürüklənir desək yanılmarıq. Müəyyən güclər dünyanı xaosa sürükləyir. Rusiya isə bunun üçün hər şeydə olduğu kimi bunda da xam mal bazası rolu oynayır. Bu terror hadisəsi Rusiyaya xəbərdarlıq edilməsinə baxmayaraq kəşfiyyat orqanlarının yarıtmaz fəaliyyət göstərdiyini isbat edir. Terrordan heç bir ölkənin sığorta olunmadığı bir həqiqətdir. Hətta Rusiya kəşfiyyat orqanları bu hadisəni özləri planlasa belə bunun son nəticə etibarı ilə Rusiyaya müsbət imic gətirmədiyi aydındır. Rusiya bu terror aktından sonra bir sıra addımlar ata bilər, daxili auditoriyasına yönəlik tədbirlər həyata keçirə bilər: “Qanunların sərtləşməsi, immiqrantlara qarşı tədbirlər, vətəndaşların hüquqlarının daha da məhdudlaşdırılması, səfərbərliyin Rusiyanın mərkəzi şəhərlərində gücləndirilməsi kimi və s. Amma məlum olan həqiqət budur ki, heç bir dövlət bu kimi addımları istədiyi üçün atmır. Bu, məcburiyyətdən doğan haldır və Rusiya bununla daha da dərin problemlərin içərisinə daxil olur. Əhali arasında qorxu, narahatlıq mövcud hakimiyyətə qarşı narazı kütlənin artmasına, ölkənin idarə olunmasının doğru aparılmadığı fikrinin vətəndaşlar arasında genişlənməsinə səbəb olur ki, bu da son nəticədə Rusiya daxili gərginliyi artırır. Hesab etmək olar ki, baş verən terror hadisəsi hələ başlanğıcdır və yeni mərhələnin başlandığını göstərir. Rusiya Ukraynada işğal hərəkətlərini davam etdirdikcə xarici qüvvələrin əlində daim münbit şərait olacaq ki, Rusiyanın zəiflədilməsi planlarına yeni bu kimi faktlar daxil etsinlər. Odur ki, Rusiyanın bir daha düşdüyü durumu dərindən dəyərləndirməsi lazımdır. Nəticənin belə gedişlə nə olacağını proqnoz etmək çətin deyildir. Rusiya hakimiyyıti öz xalqına bu xaosu niyə yaşatdığını bir daha götür-qoy etməlidir. Fikirləşməlidir ki, buna dəyərmi”.

Cavid