Ərdoğan PKK-nın Türkiyə daxilində hərəkətə keçə bilməyəcək hala gəldiyini deyib Dünya

Ərdoğan PKK-nın Türkiyə daxilində hərəkətə keçə bilməyəcək hala gəldiyini deyib

"85 milyon insanın sülhü üçün bir şey ediləcəksə, indi edilməlidir. Türkiyə bunun bədəlini 40 ildir terrorla mübarizədə ödəyib, buna daha 40 il dözə bilmərik".

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə mitinqdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə artıq PKK-nı öz sərhədləri daxilində hərəkətə keçə bilməyəcək hala gətirib: “Biz öz sərhədlərimizdən kənar ərazilərə də addım-addım nəzarət edirik. İmperialistlərə oyuncaq rol oynamayan hər kəslə, terrorun hər növündən uzaq duran hər kəslə dialoqa açığıq. Qapımız həm terrorçulara, həm də terror təşkilatının rəhbərliyi altında siyasət oynayanlara bağlıdır”.