İtaliyada zəlzələ baş verib Dünya

İtaliyada zəlzələ baş verib

İtaliyada 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 8 min nəfərin yaşadığı Tolmedzo kommunasından 13 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.