Cüdo üzrə Bakı şəhər birinciliyi keçiriləcək Dünya

Cüdo üzrə Bakı şəhər birinciliyi keçiriləcək

15 yaşadək cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarış Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Martın 29-31-də təşkil olunacaq birincilikdə 800-dən çox yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək.