Son sutkada Rusiya daha 10 tankını itirib Dünya

Son sutkada Rusiya daha 10 tankını itirib

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 780 hərbçisini itirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda deyilir ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 439 970 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 10 tank, 21 zirehli döyüş maşını, 32 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Cavid