Moskvada terrorda ölənlərin sayı 143-ə çatıb Dünya

Moskvada terrorda ölənlərin sayı 143-ə çatıb

Rusiya Fövqəladə Hallar Nazirliyi “Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində həlak olanların yeni siyahısını dərc edib. Siyahıda 143 nəfərin ölməsi barədə məlumatkar yer alıb. Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına görə, bu günə qədər 84 qurbanın cəsədi, o cümlədən 9-16 yaş arası beş uşaq tanınıb. İtkin düşmüş şəxslə bağlı ümumilikdə 143 məlumat daxil olub. 182 nəfər yaralanıb.

Moskva yaxınlığındakı Crocus City Hall konsert zalında terror aktı martın 22-də axşam saatlarında baş verib. 11 nəfər saxlanılıb. FSB-nin məlumatına görə, terrorçuların istifadə etdiyi silahlar əvvəllər anbarda gizlədilib.

Cavid