Böyük Britaniya Rusiya ilə müharibədə iki ay duruş gətirə biləcək Dünya

Böyük Britaniya Rusiya ilə müharibədə iki ay duruş gətirə biləcək

“The Telegraph” qəzeti hərbi rəsmilərə istinadən yazır ki, Rusiya ilə münaqişə yaranarsa, Britaniya ordusu cəmi iki ay duruş gətirəcək.

“Parlamentin Silahlı Qüvvələr üzrə keçmiş dövlət katibinin müavini Mark Fransua: “Britaniya Rusiya ilə genişmiqyaslı müharibədə iki aydan çox davam etməyəcək, çünki bizim bunu etmək üçün sursat və ehtiyatımız yoxdur, düzdür?” sualına Baş Qərargah rəisinin müavini Robert Maqovan müsbət cavab verib.” – materialda deyilir.

Nəşrin məlumatına görə, Britaniya Silahlı Qüvvələrinin digər nümayəndələri də xərclərin azaldılması və hərbi personalın çatışmazlığı səbəbindən ölkənin Rusiya Federasiyası ilə uzunmüddətli döyüş əməliyyatları aparmaq iqtidarında olmadığını iddia edirlər. Rusiya dəfələrlə vurğulayıb ki, o, heç bir NATO dövləti üçün təhlükə yaratmır, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə də məhəl qoymayacaq. Eyni zamanda, Moskva bərabərhüquqlu dialoqa açıq qalır və Qərb Avropanın hərbiləşdirilməsi istiqamətində kursundan əl çəkməlidir.

Cavid