Dünyada ərzaqların 17 faizi tullantıya çevrilir - BMT Dünya

Dünyada ərzaqların 17 faizi tullantıya çevrilir - BMT

Dünya əhalisinin 10 faizi aclıqla üzləşdiyi halda, insanlar bütün ərzaqların 17 faizini zibilliyə atır.

Trend xəbər verir ki, bu rəqəmlər BMT-nin Ətraf Mühit Proqramının dünyada qida tullantıları ilə bağlı hesabatında yer alıb.

Hesabata görə, 2022-ci ildə dünyada istehsal olunan ərzaq məhsullarının təxminən 1,05 milyard tonu və ya bütün ərzağın 19 faizi israf edilib. Bu, gün ərzində təxminən 1 milyard porsiya yemək deməkdir. Eyni zamanda, dünya üzrə 780 milyondan çox insan aclıqdan əziyyət çəkir.

Orta hesabla bir insan hər il istifadə etmədiyi təxminən 79 kiloqram qida məhsulunu zibilliyə atır. İsraf olunan məhsulların 60 faizi fərdi istehlakçıların və ev təsərrüfatlarının payına düşür. İctimai iaşə obyektlərində 28 faiz, mağazalarda isə 12 faiz ərzaq istifadə edilmədən tullantıya çevrilir.