“Vaşinqton və Brüssel başa düşməlidir ki...” Dünya

“Vaşinqton və Brüssel başa düşməlidir ki...”

Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüşü planlaşdırılır. Görüş ilk başda zərərsiz görünsə də Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər.
Vaşinqton görüşünün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu bildirib. Rəsmi İrəvan isə görüşün “üçüncü tərəfə qarşı olmadığını” deyib.
Politoloq Turan Rzayev xalqcəbhəsi.az-a bildirib ki, ABŞ Ermənistan və AB tərəfi görüşün bizə qarşı yönəlmədiyini desə də bu Bakının narahatlığını aradan qaldırmır: “Ümumiyyətlə Vaşinqton və Brüssel başa düşməlidir ki, bu günə qədər etdikləri Bakı nəzdində onların etibarını sarsıdıb. Misal üçün 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı. Bu məqsədlə son 3 il ərzində “Ermənilərin humanitar fəlakəti” bəhanəsi ilə Azərbaycan və şəxsən Prezident İ.Əliyevə qarşı təzyiq kampaniyası aparıldı. Bundan başqa Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdıqları informasiya resurslarını gücləndirirdilər. Bütün bunlar nəticəsiz qaldığından indi açıq şəkildə hərbi planlar qurulur”.