“Müştərək konfrans sülh prosesinə zərbə vura bilər” Dünya

“Müştərək konfrans sülh prosesinə zərbə vura bilər”

“Aprelin 5-də Brüsseldə Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi sülh prosesinə zərbə vura bilər”. Bunu xalqcəbhəsi.az-a politoloq Turan Rzayev bildirib: “Tərəflərin maksimum dərəcədə qarşılıqlı etimada zərər vuracaq vasitələrdən yayınması lazım olduğu halda belə addımların atılması doğru deyil. Rəsmi Bakı göz görə-görə yanı başında hərbi paktın əldə edilməsi ilə barışa bilməz”