Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb - Pentaqon Dünya

Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb - Pentaqon

Rusiya mümkün terror aktı ilə bağlı ABŞ kəşfiyyat orqanlarının məlumatlarına məhəl qoymayıb.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Əlbəttə ki, günahsız insanların həyatının xilası üçün paylaşılması lazım olduğunu düşündüyümüz məlumatımız varsa, biz bunu edirik", - deyə o vurğulayıb.
O, Amerika administrasiyasının nümayəndələrinin ABŞ-ın Rusiyaya gözlənilən terror aktına dair məlumat ötürməsi ilə bağlı əvvəlki bəyanatlarını xatırladıb. “Nə üçün buna məhəl qoymaması ilə bağlı sual qarşı tərəfə ünvanlanmalıdır”, - deyən Rayder “Crocus City Hall”da terror aktının İŞİD yaraqlıları tərəfindən törədildiyi versiyasını təkrarlayıb.