ABŞ Baltimordakı körpünün bərpası üçün 60 milyon dollar ayırıb Dünya

ABŞ Baltimordakı körpünün bərpası üçün 60 milyon dollar ayırıb

ABŞ administrasiyası Merilend ştatının Baltimor şəhərində dağılmış Frensis Skott Key körpüsünün təmiri ilə bağlı ilkin xərclər üçün 60 milyon dollar ayırıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Nəqliyyat Nazirliyi xəbər verib.

Nazirlik bildirib ki, vəsait körpünün qəzalı təmirinə, layihələndirilməsinə və yenidən qurulmasına sərf olunacaq. Bildirilib ki, qeyd olunan məbləğ xərclərin ödənilməsi üçün ilkin töhfə kimi istifadə olunacaq, gələcəkdə zərurət yaranarsa, əlavə vəsait də ayrılacaq.