Rusiya ABŞ-la dialoqa hazırdır Dünya

Rusiya ABŞ-la dialoqa hazırdır

Rusiya Cenevrədə Vladimir Putin və Co Baydenin əldə etdiyi razılaşmalar əsasında əsirlərin mübadiləsi ilə bağlı ABŞ-la dialoqa hazır olduğunu bildirir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.

"Amerikalılar mütəmadi olaraq razılaşdıqlarını bəyan edirlər, lakin Rusiya (əsir mübadiləsində) “əməkdaşlıq etmir”. Bunlar prezidentlərin razılaşmalarına zidd olan vicdansız üsullardır. Biz onlara sadiqik, dialoqu Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Baydenin razılaşdırdıqları formada və eyni şəkildə davam etdirməyə hazırıq”, - deyə o bildirib.

Bununla bağlı nazir xatırladıb ki, Rusiya Federasiyası ilə ABŞ arasında əsirlərin mübadiləsinə dair razılaşma 2021-ci ilin iyununda Cenevrədə əldə olunub. “Bu ondan ibarət idi ki, xüsusi xidmət orqanları arasında kanal yaradılıb və onun məxfi işləməsi razılaşdırılıb”, - Lavrov bildirib.

Cavid