Zaxarova Avropa Şurasına ikiüzlü deyib Dünya

Zaxarova Avropa Şurasına ikiüzlü deyib

"Crocus City Hall"da baş vermiş terror aktına Avropa Şurası (AŞ) rəhbərliyinin reaksiya verməməsi təşkilatın tarixində növbəti biabırçı səhifədir ki, bu da onun hüquqi və ekspert mexanizminin qərəzsizliyini şübhə altına alır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, təşkilat siyasi ikiüzlülük və ikili standartlara qərq olub, lakin ümidsiz şəkildə özünü “Avropanın vicdanı” adlandırmağa və Avropa qitəsində insan hüquqlarının əsas müdafiəçisi roluna iddialı olmağa çalışır.

Cavid